...

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat Materials 19 Oktyabr 2021 20:12 (UTC +04:00)
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb.

Trend-in məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 1516 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 134 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə, qeyd olunan müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 268,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,0 faiz azalıb.

Yanvar-sentyabr ayları ilə müqayisədə traktorların istehsalı 2,3 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti