Bakı. Sədrəddin Ağcayev - Trend:
BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır.
Trend-in məlumatına görə, bunu bu gün BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva deyib.
Onun sözlərinə görə, bununla əlaqədar imzalanacaq memorandum dayanıqlı biznesin təmin olunmasına yönələcək:
"Bu memorandum üç il müddətinə imzalanacaq və beş milli prioritet sahəni əhatə edəcək".
V.Andreyeva əlavə edib ki, BMT digər fəaliyyət sahələrində də Azərbaycanla əməkdaşlıq edəcək.
(Tərcümə: Orxan Nəbiyev)