...

ABŞ-ın neft ehtiyyatları bir həftədə 1 milyon barrel artıb

İqtisadiyyat Materials 11 Noyabr 2021 03:01 (UTC +04:00)
ABŞ-ın neft ehtiyyatları bir həftədə 1 milyon barrel artıb

Bakı. Trend:

ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə 1 milyon barel artaraq 435,1 milyon barelə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Məlumata əsasən, benzin ehtiyatları 1,56 milyon barel azalaraq 212,7 milyon barelə, distillələrin kommersiya ehtiyatları isə 2,61 milyon barel azalaraq 124,51 milyon barelə düşüb.

"Bloomberg" agentliyinin sorğusunda iştirak edən ekspertlər, neft ehtiyatlarının 1,6 milyon barrel artacağını, benzin ehtiyatlarının 1,25 milyon barrel azalacağını və distillələr ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti