...

İranın Azərbaycanla ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 20 Noyabr 2021 15:26 (UTC +04:00)
İranın Azərbaycanla ticarət dövriyyəsi artıb

Bakı. Elnur Bağışov – Trend:

Cari İran ilinin 7 ayı (21 mart - 22 oktyabr 2021) ərzində İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 14% artıb.

Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, qeyd olunan müddətdə İranın Azərbaycanla ticarət dövriyyəsi təxminən 300 milyon dollar təşkil edib.

Lətifi əlavə edib ki, 7 ayda İran Azərbaycana təxminən 273 milyon dollar dəyərində 466 min ton məhsul ixrac edib. İranın Azərbaycana məhsul ixracı dəyər baxımından 12%, çəki baxımından 19% artıb. Halbuki, bu rəqəm ötən ilin analoji dövründə 244 milyon dollar dəyərində 389 min ton təşkil edib.

Gömrük rəsmisi deyib ki, qeyd olunan müddətdə İran Azərbaycandan 27 milyon dollar dəyərində 15 min ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 93%, çəki baxımından isə 258% artıb. Halbuki, ötən ilin analoji dövründə İran Azərbaycandan 14 milyon dollar dəyərində 4,2 min ton məhsul idxal edib.

Gömrük rəsmisi bildirib ki, İranın məhsul ixracında Azərbaycan 12-ci yeri, məhsul idxalında isə 39-cu yeri tutub.

Qeyd edək ki, 7 ay (21 mart -22 oktyabr 2021) İranın ticarət dövriyyəsi 54,8 milyard dollar dəyərində 98 milyon ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 43% və çəki baxımından 16,5% artıb. Qeyd olunan müddətdə İran 27,1 milyard dollar dəyərində 75,2 milyon ton məhsul ixrac edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 47%, çəki baxımından 15% artıb. İran 27,7 milyard dollar dəyərində 23,5 milyon ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 38%, çəki baxımında 21% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti