...

Bank sektorunun xarici öhdəlikləri azalıb

İqtisadiyyat Materials 23 Noyabr 2021 12:42 (UTC +04:00)
Bank sektorunun xarici öhdəlikləri azalıb

Bakı. Fərid Zöhrabov - Trend:

Cari ilin 10 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 11.2% artaraq 22,578.3 mln. manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri 4.4 mln. manat azalaraq 1,113.2 mln. manat təşkil edib.

Trend xəbər verir ki, Mərkəzi Bankın hesabatında qeyd olunub.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarındakı azalma ilə əlaqədardır.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti