Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL

İqtisadiyyat Xəbər 30 Noyabr 2021 13:21 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.
⠀
AZAL-dan Trend-ə verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
⠀
"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar", - məlumatda qeyd edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti