...

İran Azərbaycanla birgə elektrik stansiyası inşa etməyə hazırdır - İranlı nazir

İqtisadiyyat Materials 15 Dekabr 2021 16:52 (UTC +04:00)
İran Azərbaycanla birgə elektrik stansiyası inşa etməyə hazırdır - İranlı nazir

Bakı. Elnur Bağışov – Trend:

İran Azərbaycanla birgə elektrik stansiyası inşa etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycanın energetika naziri Pərviz Şahbazovla onlayn formatda keçirilən görüşdə deyib.

Ə.Mehrabianın sözlərinə görə, İran Tehran və Bakı arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verir. Bu baxımdan, yeni birgə layihələri icra mərhələsinə keçirmək olar.

Mehrabian əlavə edib ki, iki ölkənin birgə texniki komissiyası iki ölkələrarası hidroqovşağın (Xudafərin və Qız Qalası) təkmilləşdirilməsi üzrə əməkdaşlıqları artıra bilər.

“Hidroqovşaqlarda elektrik turbinlərinin quraşdırılması ilə diqqəti cəlb edəcək dərəcədə elektrik istehsal olunacaq və hər iki ölkə üçün gəlir mənbəyi olacaq”, - deyə o bildirib.

İranlı nazir deyib ki, İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsi ilə Rusiyanın elektrik şəbəkəsinə birləşdirilməsi üçtərəfli münasibətlərin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bununla da pik vaxtlarda elektrikin çatışmazlığını aradan qaldırmaq mümkündür.

İclasda hər iki tərəf İran və Azərbaycan arasında Xudafərin və Qız Qalası hidroqovşaqları ilə əlaqədar əməkdaşlıqların inkişaf etdirilməsinin əhəmiyyətinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Azərbaycanla İran sərhədində Araz çayı üzərində Qız Qalası və Xudafərin hidroqovşaqları 1,6 milyard kubmetrdən çox su tutumuna malikdir. Həmçinin, Su Elektrik Stansiyalarının ümumi qoyuluş gücü 280 MVt gücündə olacaq. Bu hidroqovşaqlar və su elektrik stansiyaları Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti