...

Bu il 156 adda silah və texnika istehsal edilib

İqtisadiyyat Materials 17 Dekabr 2021 14:51 (UTC +04:00)
Bu il 156 adda silah və texnika istehsal edilib

Bakı. Çingiz Səfərli - Trend:

Bu il 156 adda silah və hərbi texnika istehsal edilib.

Trend xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.

Onun sözlərinə görə, 1000-dən yuxarı adda müdafiə təyinatlı məmulat isə mənimsənilərək müvafiq qaydada istehsal edilib və Silahlı Qüvvələrin anbarlarına təhvil verilib.

"İkinci Qarabağ müharibəsi vaxtı bizim müəssisələrimiz daimi iş rejimində fəaliyyət göstərib. Həm ötən illərdə istehsal olunan avadanlıqlar yoxlanılıb, həm də cəbhə bölgəsində zədələnmiş texnikalar dərhal bərpa edilərək geri göndərilib. Onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan silah və hərbi texnikalara Silahlı Qüvvələr tərəfindən heç bir irad bildirilməyib" - nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti