...

Azərbaycanda ailələrin 54 faizindən çoxunun kredit borcu var - Sorğu

İqtisadiyyat Materials 22 Dekabr 2021 11:08 (UTC +04:00)
Azərbaycanda ailələrin 54 faizindən çoxunun kredit borcu var - Sorğu

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda ailələrin 54.4 faizinin kredit borcu var.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda mövcud ailə münasibətləri: "Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri zamanı məlum olub.

Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54.4%) ödəməli olduğu kredit, 28.3 %-nin isə ödəməli olduğu digər borcu var.

25 faiz ailə isə kənar şəxsə borc verdiyini bildirib.

"Borc verməyənlərin sayının 75.0 faiz olması yüksək rəqəm olub, ailələrin maddi vəziyyətinin borc verəcək səviyyədə olmadığını göstərir", - tədqiqatın nəticələrində deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti