...

Aviaşirkətlər dünyada 5,7 minə yaxın uçuşu ləğv ediblər

İqtisadiyyat Materials 25 Dekabr 2021 22:42 (UTC +04:00)
Aviaşirkətlər dünyada 5,7 minə yaxın uçuşu ləğv ediblər

Bakı. Trend:

Dünya aviaşirkətləri işçilərin koronavirusun omikron ştammına yoluxma hallarının artması fonunda Milad bayramı günlərində 5,7 minə yaxın uçuşu ləğv edib.

Trend-in məlumatına görə, bu barədə "CNN" telakanalı xəbər yayıb.

Məlumata əsasən, ABŞ-da 24,25 və 26 dekabr tarixləri üçün aviaşirkətlər uçuşlarının sayını 1,7 min azaldıblar.

Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.

Qeyd edilir ki, yoluxmaların artmasına baxmayaraq milyonlarla insanın hələ də səyahət etməsi aviaşirkətlərə çətinlik yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti