...

Daha bir gəmi-bərə əsaslı təmirdən sonra istismara qaytarılıb

İqtisadiyyat Materials 3 Yanvar 2022 15:55 (UTC +04:00)
Daha bir gəmi-bərə əsaslı təmirdən sonra istismara qaytarılıb

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Ağdam” gəmi-bərəsi əsaslı təmir olunub.

ASCO-dan Trend-ə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri Zavodunda aparılan işlər qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri (nasoslar), separatorları təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, elektrik quraşdırma və avtomatika işləri görülüb.

Eyni zamanda, gəminin baş göyərtəsi, maşın şöbəsində mexanizmləri, sualtı və suüstü hissələri obraziv qumla tam təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərun yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Dəniz sınaq yoxlamasından uğurla çıxan “Ağdam” yenidən istismara qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti