...

Müəyyən yüklərin daşınmasında edilən güzəştlər ləğv olunub - RƏSMİ

İqtisadiyyat Materials 5 Yanvar 2022 16:23 (UTC +04:00)
Müəyyən yüklərin daşınmasında edilən güzəştlər ləğv olunub - RƏSMİ

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanda bu ilin əvvəlindən dəmir yolu ilə müəyyən yüklərin daşınmasında edilən güzəştlər ləğv olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Trend-ə verilən məlumata görə, COVID-19 pandemiyası qlobal iqtisadiyyata və ictimai həyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Qlobal enerji bazarlarında yaşanan iqtisadi gərginlik ADY-dən də yan keçməyib.

"Nəzərinizə çatdıraq ki, dəmir yolu ilə yükdaşımada mövcud tariflər sabit qalıb, lakin müəyyən yüklərin daşınmasına edilən güzəştlər ləğv olunub. Məlumat üçün bildirək ki, ADY ilə müqavilələri olan ekspeditor şirkətlərinə normativ sənədlərə uyğun olaraq bu barədə öncədən xəbərdarlıq edilib", - QSC-dən bildirilib.

ADY-dən qeyd ediblər ki, yüklərini dəmir yolu ilə daşımağa üstünlük verən iri ixracatçılar və idxalçılarla yaxın gələcəkdə görüşlərin keçirilməsi və onlara fərdi yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti