...

Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL

İqtisadiyyat 19 Yanvar 2022 20:25
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan pandemiyadan sonra iqtisadi artımı bərpa edib və 2021-ci ili yüksək iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. 2021-ci ildə Azərbaycan iqtisadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin edib.

“Ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz, sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu inkişaf göstəriciləri post-pandemiya dövründə ümümdünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Beləliklə, 2021-ci ildə ölkəmizdə 92,8 milyard manatlıq, yəni əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Yəni, Azərbaycan iqtisadiyyatı artıq gerilmə frazasından yeni inkişaf fazasına daxil olub”, - deyə A.Hüseynov vurğulayıb.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır.

“Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Cənab Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi kimi Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf senariləri üzrə irəliləyir.

Cənab İlham Əliyev həmin çıxışı zamanı bildirdi ki, ötən il qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İxrac idxalı təxminən 80 faiz üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Bu isə tədiyyə balansının cari vəziyyətini gücləndirir, valyuta və makroiqtisadi sabitlik bazasının möhkəmləndirir.

Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıb. Son bir ildə strateji valyuta rezervlərimiz 2,5 milyard dollar artaraq 53 milyard dollara çatıb. Bu, güclü iqtisadi sabitlik təminatıdır və həmçinin möhkəm təhlükəsizlik yastığı deməkdir. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının son 30 ildə ən yükəsk səviyyəyə çatması və idxalı 5 dəfə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir.

Bunun nəticəsidir ki, manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq milli valyuta üzrə depozit qoyuluşları üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər. Hazırda bu inkişaf bazislərinə əsaslanaraq manatın tam möhkəmləndiyini və bir çox regiona ölkələrində valyuta məzənnələrində dəyişmələrin baş verdiyi şəraitdə Azərbaycan manatının 2022-ci ildə də davamlı sabitliyinin qorunacağına dərin zəmin yarandığını söyləmək mümkündür.

Millət vəklinin sözlərinə görə, bir çox ölkələr 2021-ci ildə maliyyə ehtiyatlarını itirdiyi və büdcə xəzrclərini ixtisar etdiyi halda Azərbaycan öz maliyyə-büdcə ehtiyatlarını daha da böyütməyə nail oldu. Bunun nəticəsidir ki, dövlət büdcəsi 2 milyard manata yaxın artıbdır. “Cənab Prezidentin də bəyan etdiyi kimi 2022-ci ilin dövlət büdcəsi müstəqilik tariximizdə ən böyük büdcəsidir, 30 milyard manat xərc tutumlu büdcə zərfi bütün sahələrdə inkişaf hədəflərini təmin etməyə güclü maliyə qaynağı yaradır”, - deyə A.Hüseynov vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında bildirib ki, dövlət başçısının rəhbərliyi altında zamanında atılan addımların sayəsində qlobal pandemiyanın iqtisadiyyata 2020-ci ildəki təsirlərini aradan qaldırmaq mümkün olub.

"2020-ci ildə ölkə iqtisadiyyatı 4% azaldığı halda 2021-ci ildə 5,3% artmasının əsasında da düzgün müəyyənləşdirilmiş iqtisadi siyasət dayanır. 2021-ci ildə statistik rəqəmlərə nəzər yetirməklə iqtidsadi artımlar və əldə etdiyimiz uğurlar haqqında daha dolğun təsəvvür formalaşdıra bilərik. Beləki, yola saldığımız ildə qeyri-neft sektoru 7,2%, sənaye istehsalı 5,2%, qeyri-neft sənayesi istehsalı 18,9%% artıb. Kənd təsərrüfatında artım isə 3,4% olub.

2021-ci ildə nəzərdə tutulmuş bütün proqramlar və işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işlərinin icrasına davam etdirilmişdir. Təbii ki, yola saldığımız ildə icra olunmuş layihələr böyük maliyyə tələb edib. Amma düzgün iqtisadi siyasət formalaşdırdığından həm qeyd etiyim bütün xərclər ödənilməsində heç bir çətinlik yaranmayıb, həm də dövlətimizin valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 53,2 milyard dolları keçib" - deyə o bildirib.

A.Badamov vurğulayıb ki, bir çox dövlətlər xarici borcun qarşısında çıxılmaz vəziyyətdə qalaraq iqtisadi müstəqilliklərini itirdikləri halda ölkəmizin xarici borcu valyuta ehtiyatlarımızdan 6 dəfə aşağı səviyyəyə enib.

"Bu o deməkdir ki, Azərbaycan istənilən vaxtı qısa bir zamanda xarici dövlət borcundan azad oluna bilər. 2021-ci ildə qeyri neft ixracı 40% artıb. Bu ixracın tərkibində 877,2 milyon dollar həcmində kənd təsərrüfatı məhsulları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% çox deməkdir.

Bu o demıəlkdir ki, cənab Prezidentin tapşırıqları ilə vaxtında müəyyənləşmiş iqtisadiyyatın diversifikasiya siyasəti bu gün sözün əsil mənasında real həyatda özünü təsdiq edir. Xarici ticarət dövrüyyəmizdə müsbət saldo 10 milyard dollar olub. İndiki qlobal böhranlı dövürdə hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatları tənəzzülə uğramaqda davam edir. Amma 2021-ci ildə əldə olunmuş müsbət saldo ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanılmasına və manatın dəyərdən düşməsinin qarşısının alınmasına öz müsbət təsirini göstərib", - deyə deputat əlavə edib.

A.Badamov fikrini bununla tamamlayıb ki, ölkəmiz 2022-ci ilə 2021-ci ildə əldə etdiyimiz iqtisadi uğurlarla və pozitiv notlarla başalayıb. Bu da cari ildə də bu inkişaf tempinin qorunub saxlanacağını deməyimizə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti