...

Tikinti materiallarının qiymətindəki dəyişikliklər açıqlanıb

İqtisadiyyat Materials 29 Yanvar 2022 10:48 (UTC +04:00)
Tikinti materiallarının qiymətindəki dəyişikliklər açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda ötən ay tikinti materiallarının qiymətində dəyişikliklər müşahidə olunub.

Bu barədə Trend-in soğrusuna cavab olaraq “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ilin dekabr ayında tikinti məmulatlarının qiymətində stabillik müşahidə olunub, lakin il ərzində qiymətlər 17,1 faiz bahalaşıb.

Dəmir məmulatlarının qiymətində ay ərzində 3,6 faiz, il ərzində 31,8 faiz bahalaşma müşahidə edilib. Taxta məmulatlarının qiyməti ay ərzində stabil qalıb, il ərzində 53,3 faiz bahalaşıb, dam örtüklərinin qiyməti ay ərzində stabil qalıb, il ərzində 43,8 faiz bahalaşıb, sementin qiyməti ay ərzində stabil qalıb, il ərzində 19,2 faiz bahalaşıb, qumun qiyməti ay ərzində və il ərzində stabil qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti