...

Ələt-Türkmənbaşı arasında yükdaşımaya yeni gəmi cəlb olunub

İqtisadiyyat Materials 1 Fevral 2022 11:41 (UTC +04:00)
Ələt-Türkmənbaşı arasında yükdaşımaya yeni gəmi cəlb olunub

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq.

Qeyd edək ki, “Şair Sabir” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti