Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanla Macarıstan arasında aviareyslər bərpa edilə və sayı artırıla bilər.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün macarıstanlı həmkarı ilə görüşündə karantin qaydalarının yumşalması fonunda iki ölkə arasında aviareyslərin bərpa edilməsi və sayının artırılması məsələsi də müzakirə edildi.
C.Bayramov əlavə edib ki, Azərbaycanla Macarıstan arasında 46 müqavilə imzalanıb və 13 müqavilənin imzalanması gözlənilir.