...

Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib - Kadri Simson

İqtisadiyyat Materials 4 Fevral 2022 18:44 (UTC +04:00)
Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib - Kadri Simson

Bakı. Trend:

Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı bildirib:

"Bu günün gündəliyi qarşımızdakı çağırışları və imkanları aydın şəkildə əks etdirir. Onlardan bəziləri Cənub Qaz Dəhlizinin istismarına aiddir. Biz onları birinci sessiyada müzakirə edəcəyik. Digər məsələlər enerji sistemlərimizin uzunmüddətli planlarına aiddir. Buna ikinci sessiyada baxılacaq. İcazə verin, bu məsələlərin hər biri üzrə bəzi fikirləri bölüşüm.

İlk olaraq, bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir. Ötən ilin dekabrından Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib".

Xəbər lenti

Xəbər lenti