...

Azərbaycan bazarında Hindistan çayının payını artırmaq üçün yeni imkanlar yarada bilərik - Səfir

İqtisadiyyat Materials 17 Fevral 2022 13:21 (UTC +04:00)
Azərbaycan bazarında Hindistan çayının payını artırmaq üçün yeni imkanlar yarada bilərik - Səfir

Bakı. Maryana Əhmədova - Trend:

Azərbaycan bazarında Hindistan çayının payı cəmi beş faiz təşkil edir.

Trend-in məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azərbaycan-Hindistan işgüzar görüşü zamanı deyib.

Səfir xatırladıb ki, Hindistan dünyada ən iri çay ixracatçılarından biridir. Onun sözlərinə görə, ölkə ildə 800 milyon dollar məbləğində çay ixrac edir.

"Azərbaycan bazarında Hindistan çayının payı cəmi beş faiz təşkil edir. Bu, onunla əlaqədardır ki, Şri-Lanka, Rusiya və digər ölkələr mövqe və nəqliyyat əlaqələri baxımından daha əlverişli vəziyyətdədir. İnanırıq ki, Hindistan çayının Azərbaycanda təşviqi üçün yeni imkanlar yarada biləcəyik", - deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti