...

COVID-19 pandemiyası dövründə icra olunan sosial dəstək paketi ölkə əhalisinin 48 faizini əhatə edib - Nazir (FOTO)

İqtisadiyyat Materials 23 Fevral 2022 10:50 (UTC +04:00)
COVID-19 pandemiyası dövründə icra olunan sosial dəstək paketi ölkə əhalisinin 48 faizini əhatə edib - Nazir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

COVID-19 pandemiyası dövründə 4 istiqamətdə 12 sahə üzrə icra olunan sosial dəstək paketi ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə edib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.

Nazir vurğulayıb ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.

S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib. O, həmçinin Nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, Nazirlik üzrə xidmətlərin 90%-nin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti