Bakı. Trend:
Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.
SOCAR-dan Trend-ə verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.