...

Niderland Bakı limanının işçiləri üçün texniki hazırlıq təşkil edəcək - Səfir

İqtisadiyyat Materials 27 Aprel 2022 12:43 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işçiləri üçün texniki hazırlıq təşkil edəcək.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.

"Tezliklə Bakı limanının nümayəndə heyəti limanların və logistikanın idarə olunması üzrə bacarıqlar əldə etmək üçün Niderlanda yola düşəcək", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Bakı limanı, həmçinin Rotterdam limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir.

Səfir əlavə edib ki, Venlo şəhərinin "Cabooter Group" logistika şirkəti Azərbaycanda öz işini bərpa edib və məhz Bakı limanı vasitəsilə Çinə tədarüklər həyata keçirməyi planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti