...

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq - Nazir

İqtisadiyyat Materials 17 May 2022 12:57 (UTC +04:00)
Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin yaradılması sahəsində işlər aparılır.

"Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır", - nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti