...

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

İqtisadiyyat Materials 23 May 2022 16:46
Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb.

“Startap” şəhadətnaməsi "E-legal" MMC-nin hüquq məsləhət xidmətlərinin onlayn təşkili, "Psixosən" MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti