...

“Yüksəliş” müsabiqəsinin qalibi Kapital Bank-ın əməkdaşları ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 27 May 2022 09:59 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin qalibi Kapital Bank-ın əməkdaşları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bildiyiniz kimi, artıq iki ildir ki, Azərbaycanda idarəetmə bacarıqları və yüksək sosial intellekti ilə fərqlənməyi bacaran perspektivli liderlərin müəyyən edilməsi məqsədilə “Yüksəliş” müsabiqəsi keçirilir. Layihənin bir hissəsi olaraq müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən mentorluq sessiyaları alırlar. Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müsabiqənin ötən ilki qaliblərindən olan Fəxri Hüseynova mentorluq edir.

Bu təşəbbüs çərçivəsində, Fəxri Hüseynov 24 may 2022-ci il tarixində “Yüksəliş”dəki uğur hekayəsini danışmaq və tövsiyələrini paylaşmaq məqsədilə Kapital Bank-da işləyən və müsabiqənin seçim mərhələlərində iştirak edən əməkdaşları ilə görüşüb. Görüş zamanı Rövşən müəllim və Fəxri müəllim bu müsabiqənin əhəmiyyəti, iştirakçıların liderlik təcrübələrinə qatacağı dəyər barədə danışıb və ünvanlanan sualları cavablandırıblar.

Qeyd edək ki, “Yüksəliş” – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə olan bir müsabiqədir. Qaliblər ölkədə kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, rəqiblərə öz bacarıq və intellekti ilə üstün gəlmək, həmçinin ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanı qazandırır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti