...

SOCAR və bp bərpa olunan enerji sahəsində potensial layihələr üzrə əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 4 İyun 2022 14:54 (UTC +04:00)

Bakı. Trend:

Bu gün SOCAR və bp arasında Azərbaycanda texniki və maliyyə cəhətdən mümkün olan aşağı karbonlu enerji layihələrinin birgə işlənməsi potensialının müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq haqqında saziş imzalanıb.

bp-dən Trend-ə bildirilib ki, bu saziş hər iki şirkətin Azərbaycanda enerji keçidinin sürətləndirilməsinə dəstək vermək niyyətini əks etdirir. Şirkətlər öz təcrübələrini bölüşmək və bərpa olunan enerji mənbələri də daxil olmaqla Azərbaycanda təmiz, təhlükəsiz və sərfəli enerji həllərini irəli aparmaq imkanlarının qiymətləndirilməsi istiqamətində birgə işləmək arzusundadır.

Saziş Bakı Enerji Həftəsi çərçivəsində Şuşa şəhərində imzalanıb. Bu sənəd SOCAR və bp-nin Azərbaycanda innovativ texnologiyalar tətbiq etməklə, enerji səmərəliliyinin artırılması imkanlarından istifadə etməklə, əməliyyatçısı olduqları obyektləri elektrikləşdirməklə və onların işi nəticəsində yaranan emissiyaları azaltmaq üçün lazım olan digər ciddi tədbirlərə investisiyaları get-gedə artırmaqla mövcüd neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaq planlarını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti