...

Türkiyə yanvar-may aylarında İrana avtomobil ixracını 70 faizdən çox artırıb

İqtisadiyyat Materials 21 İyun 2022 09:54 (UTC +04:00)
Türkiyə yanvar-may aylarında İrana avtomobil ixracını 70 faizdən çox artırıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artıraraq 65,2 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə İrana avtomobil ixracını 2021-ci ilin eyni ayı ilə müqayisədə 87,6 faiz artıraraq 11,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur.

Son 12 ay ərzində isə (may 2021-may 2022) Türkiyə ümumilikdə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti