...

Azərbaycan-Rumıniya Müştərək Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq da müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 23 İyun 2022 16:45 (UTC +04:00)
Azərbaycan-Rumıniya Müştərək Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq da müzakirə edilib (FOTO)

Bakı. Trend:

İyunun 23-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı, iki ölkə arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib.

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkiaşafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialı diqqətə çatdırıb, Agentliyin KOB evi və KOB inkişaf mərkəzləri ilə bağlı müsbət təcrübəsini Rumıniya ilə bölüşməyə hazır olduğunu qeyd edib. Vurğulanıb ki, iki ölkənin biznes şəbəkələri arasında tərəfdaşlığın gücləndirilməsinə ehtiyac var və qarşılıqlı səfərlər bu baxımdan faydalı olacaqdır. KOB-lar arasında əməkdaşlıq üçün birgə biznes platformanın yaradılması üzərində də iş aparıla bilər. Bu, hər iki ölkənin biznesləri arasında sıx və birbaşa əlaqə yaratmağa imkan verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti