Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 123,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,41 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 122,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,41 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,09 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,1 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)