Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qax rayonunun İlisu kəndi ərazisində yerləşən turizm və İstirahət kompleksinə 400 min AZN güzəştli kredit verib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
O qeyd edib ki, kredit regional turizmin inkişafına dəstək məqsədilə verilib.