...

Özəl sektora 53,9 mln. manat güzəştli kredit verilib - Nazir

İqtisadiyyat Materials 25 İyul 2022 17:20 (UTC +04:00)
Özəl sektora 53,9 mln. manat güzəştli kredit verilib - Nazir

Bakı. Trend:

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.384 layihənin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1.379 yeni iş yerinin yaradılmasına imkan verir", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti