Bakı. Trend:
Bu ilin I yarısında Azərbaycanda “ApplePay” ödәniş hәlli vasitәsilә 121,3 milyon manatlıq 6,9 milyon әdәd ödəniş həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
"Digәr innovativ ödәniş xidmәti tәhcizatçılarının da ölkә bazarına cәlb edilmәsi istiqamәtindә aktiv işlәr aparılır", - deyə sənəddə qeyd olunub.