Bakı. Trend:
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 4 milyard 189,6 milyon manat olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3132,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 416,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.