...

Azərbaycanda təmassız kartların həcmi açıqlanıb

İqtisadiyyat Materials 23 Avqust 2022 11:35 (UTC +04:00)
Azərbaycanda təmassız kartların həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank kartlarının 80 faizi təmassız kartların payına düşür.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə dövriyyədə olan 12 milyon kartdan 9 milyonu təmassız kartlardır.

"Bu kartlar ödəniş zamanı ödəmə prosesini sürətləndirir və asanlaşdırır. Biz əminik ki, gələcəkdə Azərbaycanda kartların 100 faizi təmassız olacaq", - deyə o bildirib.

A.Gürdal qeyd edib ki, ölkədə elektron dövriyyənin ümumi həcminin 30 faizi təmassız ödənişlərin payına düşür.

"Elektron ticarət prosedurunun sadələşdirilməsi üçün biz "MasterPass" sistemimizi işə salmışıq. Bu, kart məlumatlarının təhlükəsiz şəraitdə saxlanmasını təmin edir və növbəti əməliyyatlarda məlumatları yenidən daxil etmək tələb olunmur", - baş direktor deyib.

O əlavə edib ki, nağdsız ödənişləri çatdırma, kiçik sahibkarların xidmətlərinin ödənilməsi kimi sektorlarda genişləndirmək nəzərdə tutulur.

"Bu məqsədlə "Tap to Phone" həllini işə salmaq planlaşdırılır. Bu sistem mobil qurğunun bazasında ödənişləri qəbul etməyə imkan yaradacaq", - A.Gürdal vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti