Bakı. Trend:
"Mastercard" Azərbaycan Mərkəzi Bankı ilə birgə bölgələrdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədi ilə irimiqyaslı işlər aparır.
Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkədə ödənişlərin 30 faizi nağdsız ödənişlərin payına düşür.
"Biz Mərkəzi Bankla, tədris müəssisələri və digər strukturlarla birgə bölgələrdə nağdsız ödənişlərin yayılması üçün müvafiq işlər görürük. Bu işlər "MasterCard"ın Azərbaycanla əməkdaşlıq strategiyasında əks olunub", - deyə o bildirib.