...

Azərbaycan şirkəti fəaliyyətini Özbəkistana genişləndirir

İqtisadiyyat Materials 30 Avqust 2022 09:54 (UTC +04:00)
Azərbaycan şirkəti fəaliyyətini Özbəkistana genişləndirir

Bakı. Trend:

2022-ci ilin mart ayından etibarən “GPS Solutions” MMC Daşkənddə və Özbəkistanın regionlarında avtomobillərin monitorinqi və real vaxt rejimində video-müşahidə sistemlərinin inteqrasiyası üçün bir sıra layihələrin icrasına başlayıb.

Gurtam reytinqində ilk 10 ən uğurlu GPS şirkətinə daxil olan GPS.AZ, dünyanın ən böyük GPS avadanlığı istehsalçıları – Queclink və Teltonika, həmçinin, nəqliyyat üçün bulud video-müşahidə sistemlərinin istehsalçısı Howen Technologies şirkətlərinin eksklüziv distribyutoru olaraq, Azərbaycan bazarında öz xidmət və həllərini uğurla tətbiq edir və beynəlxalq bazara çıxır.

Təklif olunan video-monitorinq sistemi eyni anda bir neçə tələb olunan və bir-birini tamamlayan vəzifəni həll edir və təhlükəsizlik çərçivəsində aşağıdakıları təmin edir:

  • sürücülərin və sərnişinlərin mühafizəsi
  • həyəcan vəziyyətlərinin təhlili və pozucuların müəyyən edilməsi üçün arxivdə video məlumatların qeyd edilməsi
  • şəxsi heyətin və sərnişinlərin hüquqi müdafiəsinin gücləndirilməsi

Sistem inteqrasiyasının əsas aspektləri – nəqliyyat vasitələrinin və stasionar obyektlərin 24/7 GPS və video-monitorinqini təmin etmək, şirkət işçilərinin işini idarə etmək və əlaqələndirmək, “əl” əməyini avtomatlaşdırmaq, gündəlik rutin prosesləri optimallaşdırmaq üçün müasir İT həlləri tətbiq etmək, respublika bazarında səmərələşdirməyə və xərclərin optimallaşdırılmasına töhfə verən innovativ həllər tətbiq etməkdir.

Layihə çərçivəsində Özbəkistanda həm hüquqi şəxslərin, həm də şəxsi nəqliyyat sahiblərinin nəqliyyatını onlayn izləmə və video-müşahidə sistemi ilə təchiz edilməsi üzrə işlərə başlanılıb. GOGPS.UZ brendi altında şirkət artıq həm Daşkəndin özündə, həm də respublikanın regionlarında yüzlərlə nəqliyyat vahidini birləşdirib. Layihə, həmçinin, logistika, tikinti və yükdaşıma sahəsində bir sıra iri şirkətlərin nəqliyyat parkının sistemə qoşulmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti