...

Azərbaycanda sosial müəssisələrə dəstək üçün tövsiyələr hazırlanıb

İqtisadiyyat Materials 28 Sentyabr 2022 13:52 (UTC +04:00)
Azərbaycanda sosial müəssisələrə dəstək üçün tövsiyələr hazırlanıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Baku. Trend:

BMT İnkişaf Proqramı azərbaycanlı sahibkarlarla aktiv işləyir.

Bunu Trend-ə BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist deyib.

"Azərbaycanda sosial müəssisələrə dəstək üçün siyasət və ekosistem üzrə tövsiyələr azərbaycanlı sahibkarlarla birgə məsləhətləşmələr zamanı hazırlanıb. Müzakirələrdə Azərbaycanın regionlarından da sahibkarlar iştirak edib", - deyə o bildirib.

Daimi nümayəndə xatırladıb ki, Azərbaycan hökuməti ilə birgə imzalanmış və 2020-2025-ci illəri əhatə edən proqram sənədi çərçivəsində inklüziv artım, həssas qrupların dəstəklənməsi, mina əleyhinə fəaliyyət, iqlim dəyişikliyi və ətraf mühit, dövlət idarəçiliyi və digər sahələrə diqqət ayırmaq nəzərdə tutulur.

"Bütün bu məsələlər 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş ümumi gündəliyə böyük töhfə verəcək. Biz Azərbaycan hökuməti ilə işləməklə bu nəticələrə nail olmaq üçün səylər göstərəcəyik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti