...

BVF Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib

İqtisadiyyat Materials 11 Oktyabr 2022 19:34 (UTC +04:00)
BVF Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda ÜDM artımının 3,7 faiz təşkil edəcəyi gözlənilir.

Trend Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadi proqnozuna istinadən xəbər verir ki, hesabata görə, 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 2,5 faiz olacaq.

BVF-nin hesabatında deyilir ki, 2027-ci il üçün proqnoza gəlincə, Azərbaycanda ÜDM artımı da 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Bununla yanaşı, BVF-nin iyul ayı proqnozunda Azərbaycanın iqtisadi artımının 2022-ci ildə 3,8 faiz, 2023-cü ildə isə 2,6 faiz olacağı gözlənilirdi. 2027-ci il üçün proqnoz dəyişməz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti