...

Bakı Limanı ilə Avropadan Mərkəzi Asiyaya göndərilən minik avtomobillərinin sayı 3 dəfə artıb (FOTO)

İqtisadiyyat Materials 19 Oktyabr 2022 11:56 (UTC +04:00)
Bakı Limanı ilə Avropadan Mərkəzi Asiyaya göndərilən minik avtomobillərinin sayı 3 dəfə artıb (FOTO)

Bakı. Trend:

Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb.

Limandan Trend-ə verilən məlumata görə, bu ilin ilk 9 ayı ərazində Bakı Limanı vasitəsi ilə 9 316 ədəd təkərli texnika (TIR və qoşqu xaric) daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artımdır.

Bu təkərli texnikaların əsas hissəsini də minik avtomobilləri təşkil edir. Minik avtomobilləri əsasən Gürcüstan, BƏƏ, Yaponiya, Birləşmiş Krallıq, Belçika, Almaniya və digər ölkələrdən gətirilməklə Bakı Limanına çatdırılır və buradan da gəmi vasitəsilə daha çox Qazaxıstan və Türkmənistan olmaqla Mərkəzi Asiya ölkələrinə göndərilir.

Bakı Limanının Avropanın aparıcı logistika şirkətləri ilə əldə etdiyi razılığa əsasən “Toyota” , “Lexus”, “BMW” kimi dünya brendlərinin yeni avtomobilləri də bütün təhlükəsizlik qaydaları gözlənilməklə Bakı Limanı vasitəsi ilə Mərkəzi Asiya ölkələrinə çatdırılır. Bu avtomobillər TIR və vaqonların daxilində, həmçinin tək-tək idarə etməklə gəmilərə yüklənir və təyinat ölkəsinə göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti