...

Dövlət büdcəsinə vergi daxilolmaları 65 faizə yaxın artıb - Nazir

İqtisadiyyat Materials 21 Oktyabr 2022 14:45 (UTC +04:00)
Dövlət büdcəsinə vergi daxilolmaları 65 faizə yaxın artıb - Nazir

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat olub.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, həmin vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur

"Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir", - M.Cabbarov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti