...

Azərbaycanda nağdsız əməliyyatların həcmi 2,2 dəfə artıb

İqtisadiyyat Materials 27 Oktyabr 2022 20:01 (UTC +04:00)
Azərbaycanda nağdsız əməliyyatların həcmi 2,2 dəfə artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağdsız əməliyyatların həcmi 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 2,7 dəfə artıb.

Trend bu gün "Vergilər" onlayn qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42 faiz olub.

"Müqayisə üçün qeyd edim ki, bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və həcmi 2021-ci ilin analoji dövr göstəricilərini 2,1 dəfə üstələyib", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti