Bakı. Trend:
2022-ci il noyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,671 milyard manat təşkil edib.
Trend bu barədə bu gün Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 14 faiz və ya 2,05 milyard manat artıb.
2021-ci il noyabrın 1-də Azərbaycanda pul bazası 14,621 milyard manata bərabər idi.