...

Suveren Sərvət Fondları "Dəyişiklik naminə sərvətin səfərbər edilməsi" yollarını müzakirə etmək üçün bir araya gəliblər

İqtisadiyyat Materials 16 Noyabr 2022 19:18 (UTC +04:00)
Suveren Sərvət Fondları "Dəyişiklik naminə sərvətin səfərbər edilməsi" yollarını müzakirə etmək üçün bir araya gəliblər

Bakı. Trend:

Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda 14-cü illik iclasını keçirir.

ARDNF-dən Trend-ə bu gün bildirilib ki, SFBF-nin illik iclası investorları maraqlandıran əsas qlobal məsələləri müzakirə etmək üçün Forum üzvlərini və maliyyə liderlərini bir araya gətirib. SFBF-nin illik iclası, adətən, üzv ölkələr arasında növbə ilə keçirilir. Bu il COVID-19 pandemiyası səbəbindən 3 illik fasilədən sonra - 2019-cu ildə Cuno şəhərində Alyaska Daimi Fondu Korporasiyası tərəfindən təşkil olunmuş iclasdan bəri Forum ilk dəfə üzvlərini bir araya gətitib. Həmçinin məlum olub ki, 2023-cü ildə baş tutacaq illik iclas İspaniyanın Madrid şəhərində COFIDES qurumu tərəfindən təşkil olunacaqdır. Beləki, SFBF üzvləri 2024-cü ildə baş tutacaq illik iclasa TK-nın ev sahibliyi etməsinə səs veriblər.

Sonuncu illik iclasdan bəri SFBF-yə beş tam üzv qoşulub: İspaniyanın COFIDES qurumu, Fonds Gabonais d’Investissements Stratégiques, Əbu-Dabinin Mubadala İnvestisiya Şirkəti, İndoneziya İnvestisiya Orqanı (INA) və Misir Suveren Fondu. Bundan əlavə, yeni altı müxbir üzv qəbul olunub: Ermənistanın Milli Mənafelər Fondu, Efiopiya İnvestisiya Holdinqləri, Fonds Souverain de Djibouti, Malta Dövlət İnvestisiyaları, Mavritaniya İnvestisiya Korporasiyası və Qayana Milli Resurs Fondu.

"Dəyişiklik naminə sərvətin səfərbər edilməsi" adı altında baş tutan builki iclas üzv Fondlara investisiya sahəsində ən vacib məsələləri müzakirə etmək üçün unikal imkan yaradır. Müzakirə olunan mövzulara inflyasiyanın artması, deqlobalizasiya, ekoloji, sosial və idarəçilik məsələləri, o cümlədən investisiya prosesi və maliyyə rəqəmsallaşdırılması daxildir.

Tədbir çərçivəsində dünyanın ən böyük suveren fondlarının bir çoxunun liderləri ARDNF və SFBF-nin əsas özəl sektor tərəfdaşlarının, eləcə də Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri ilə bir araya gəlirlər.

ARDNF-nin baş direktoru İsrafil Məmmədov : “2009-cu ildə SFBF-nin ilk illik iclasının təşkilatçısı kimi,14-cü illik toplantıya da Bakıda ev sahibliyi etməkdən məmnunluq duyuruq. Son 13 il ərzində ARDNF-nin Azərbaycanın dinamik və inkişaf edən iqtisadiyyatını dəstəkləyən qlobal, multiaktiv investora çevrilməsi yolunda böyük irəliləyiş əldə olunub.

Uzunmüddətli investorlar və SFBF-nin üzv qurumları olaraq, biz beynəlxalq bazarlarda sabitliyin və rifahın qorunması, habelə ölkə iqtisadiyyatlarının dəstəklənməsi və inkişaf etdirilməsi baxımından öz töhfəmizi verməyə daima hazırıq.”
SFBF-nin sədri Obaid Amran deyib: "COVID-19 pandemiyası zamanı fiziki olaraq eyni məkanda ola bilməsək də, SFBF üzvlərimizin ortaq maraq doğuran məsələlər üzrə bilik mübadiləsi aparması və əməkdaşlıq etməsində mühüm rol oynayıb. Köhnə dostluq əlaqələrini bərpa qlobal şəbəkəsidir. SFBF Santiaqo prinsiplərini rəhbər tutur. Bunlar ümumi olaraq və SFBF üzvləri etmək və 11 yeni üzvümüzlə yeni əlaqələr qurmaq məqsədilə üç il ərzində ilk dəfə Bakıda üzvlərimizlə bir araya gəlmək çox xoş oldu."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti