...

Serbiya Azərbaycandan elektrik enerjisi idxalına başlayacaq - nazir

İqtisadiyyat Materials 26 Noyabr 2022 20:37 (UTC +04:00)
Serbiya Azərbaycandan elektrik enerjisi idxalına başlayacaq - nazir

Bakı. Trend:

Serbiya 2023-cü ilin yanvarından Azərbaycandan elektrik enerjisi idxalına başlayacaq.

Trend xəbər verir ki, bunu şənbə günü Serbiya KİV-lərinə ölkənin dağ-mədən və energetika naziri Dubravka Jedoviç deyib.

"Bu, elektrik istehlakının ən çox artacağı gözlənilən qış aylarında Serbiyanın elektrik enerjisi sisteminin əlavə təhlükəsizliyini təmin edəcək.

Bu ölkədən enerjinin Türkiyə və Bolqarıstan əraziləri vasitəsilə verilməsi ilə bağlı qalan məsələlər razılaşdırılır", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti