Bakı. Trend:
Rumıniya və Azərbaycan Orta Dəhlizin inkişafında maraqlıdır.
Trend xəbər verir ki, bunu cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare "Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birləşməsinin 104-cü ildönümü" münasibətilə keçirilən tədbirdə deyib.
"Rumıniya və Azərbaycan coğrafi baxımdan əlverişli yerlərdə yerləşən və nəqliyyat qovşağı olan Bakı və Konstansa limanları ilə Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin inkişafında maraqlıdırlar", - deyə səfir bildirib.
Səfir qeyd edib ki, bu illər ərzində Rumıniya ilə Azərbaycan arasında siyasət, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əlaqələr fəal inkişaf edir.