Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev ilə görüşüb.
KOBİA-dan Trend-ə bildirilib ki, görüşdə ölkəmizdə sığorta bazarının inkişafına, bu sahəyə KOB-ların marağına, KOBİA və ASA arasında birgə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.