...

"Fitch" Azərbaycan iqtisadiyyatına investisiyaların artacağını gözləyir

İqtisadiyyat Materials 12 Yanvar 2023 17:20 (UTC +04:00)
"Fitch" Azərbaycan iqtisadiyyatına investisiyaların artacağını gözləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycan iqtisadiyyatına investisiyaların ÜDM-in 0,9 faizindən ÜDM-in 1,3 faizinə qədər artacağını gözləyir.

Trend cümə axşamı agentliyə istinadən xəbər verir ki, Azərbaycanda kapital qoyuluşunun artımı 2021-ci ildəki 7,2 faizdən 2022-ci ildə ÜDM-in 8,2 faizinə qədər bir faiz təşkil edib.

"Azərbaycan Rusiyaya qarşı sanksiyalara görə 2023-cü ildə təkcə neft-qaz sektorunda deyil, qeyri-neft-qaz sektorunda da qazanc əldə edəcək. Biz Aİ ölkələri ilə ticarətin artacağını gözləyirik", - "Fitch"in bəyanatında deyilir.

Agentlik xatırladır ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 12 faiz artıb. Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı səkkiz faiz təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrına Azərbaycan iqtisadiyyatının qeyri-neft-qaz sektorunun əsas kapitalına investisiyalar 8,79 milyard manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti