...

"Fitch" 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempinin tarixi orta göstəricini keçəcəyini proqnozlaşdırır

İqtisadiyyat Materials 12 Yanvar 2023 18:44 (UTC +04:00)
"Fitch" 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempinin tarixi orta göstəricini keçəcəyini proqnozlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Solutions” beynəlxalq agentliyi 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempinin tarixi orta göstəricini keçəcəyini proqnozlaşdırır.

Trend cümə axşamı agentliyə istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempi 2011-ci ildən 2021-ci ilə qədər olan dövrdə qeydə alınan ÜDM-in 1,3 faizindən yüksək temp göstərəcək.

"Rusiyanın Ukraynaya təcavüzündən sonra 2022-ci ildə dünya enerji qiymətləri kəskin artıb. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının qısamüddətli artımına Avropada enerji problemlərinin azalması da təsir edəcək. Azərbaycan neftinin qiyməti orta hesabla 95 dollar/barel təşkil edəcək, təbii qazın qiyməti isə orta hesabla 133 avrodan 125 avroya düşəcək. Biz inanırıq ki, enerji qiymətləri hələ də müharibədən əvvəlki və pandemiyadan əvvəlki səviyyədən yuxarı qalacaq”, - agentlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti