...

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

İqtisadiyyat Materials 17 Yanvar 2023 05:27 (UTC +04:00)
Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

Bakı. Trend:

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının rəsmi açılış mərasimi olub.

Trend xəbər verir ki, tədbir forumun saytında yayımlanıb.

İclasın açılışında WEF-in təsisçisi Klaus Şvab çıxış edərək forumun maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini bəyan edib.

Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.

Həmçinin, açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə “Kristal” mükafatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti