Son bir ildə iqtisadiyyata kredit qoyuluşları 3 milyard manatadək artıb

İqtisadiyyat Xəbər 27 Yanvar 2023 03:45 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 milyard 594,4 milyon manat təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 2 milyard 935,3 milyon manat artıb.

Qeyd edək ki, ötən il yanvarın 1-nə kredit qoyuluşlarının həcmi 16 milyard 659,1 milyon manat olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti