...

Türkiyədən Azərbaycana karqo daşımalarında gecikmə halları var - SORĞU

İqtisadiyyat Materials 8 Fevral 2023 15:21 (UTC +04:00)
Türkiyədən Azərbaycana karqo daşımalarında gecikmə halları var - SORĞU

Bakı. Trend:

Türkiyədə baş verən dəhşətli zəlzələ və mövcud hava şəraiti ilə əlaqədar Azərbaycana uçuşların təxirə salınması səbəbindən ölkəmizə gələn karqo daşımalarında gecikmələr mümkündür.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Limak sürətli poçtdaşıma və kuryer şirkətindən bildirilib ki, Türkiyədə baş verən hadisələr bağlamaların gecikməsinə səbəb olub.

"Starex" karqo şirkətindən isə bildirdilər ki, Türkiyədə baş verən zəlzələ və hava şəraiti ilə əlaqədar bağlamalrın ölkəmizə çatdırılmasında problemlər var. Bu problemin nə vaxta qədər davam edəcəyi məlum deyil.

Sumqayıtda fəaliyyət göstərən "Kargo" şirkətindən verilən məlumata görə, bağlamaların 6 günə Azərbaycana göndərilməsi gözlənilir.

Türkiyədən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan digər şirkətlərdə də eyni problemin olduğu bildirilir.

Qeyd edək ki, hazırda dövlət poçt operatoru ilə yanaşı, Türkiyədən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 60-dan artıq şirkət fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 8 574 nəfər həlak olub, 49 133 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti